Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatı Türkiyə prezidenti sədrlik etdiyi kabinet iclasından sonra açıqlayıb. Onun sözlərinə görə, Trampa Venesuelada qeyri-sabitliyin qəbuledilməz olduğunu deyib: "Cənab Trampla telefon danışığında ona ölkəmizdəki həssas məsələlərlə bağlı mövqeyimizi çatdırdıq. Venesuelanın qeyri-sabitliyə sürüklənməməli olduğunu vurğuladıq".
Musavat.com






