İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Misir prezidentinə hədiyyə

852 05.02.2026 00:46 Dünya A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi üçün Türkiyə istehsalı olan elektrik avtomobili Togg hədiyyə edib.

Musavat.com xəbər verir ki, hədiyyə Türkiyə ilə Misir arasında keçirilən rəsmi görüşlər çərçivəsində təqdim olunub.

Məlumata görə, bu jest Ankara ilə Qahirə arasında münasibətlərin normallaşması və ikitərəfli əməkdaşlığın yeni mərhələyə keçməsinin rəmzi kimi qiymətləndirilir. Eyni zamanda, Türkiyə tərəfi bu addımla ölkənin sənaye və texnoloji potensialını nümayiş etdirməyi hədəfləyir.

Qeyd edək ki, Togg Türkiyənin ilk milli elektrik avtomobili hesab olunur və son dövrlər rəsmi səfərlər zamanı Ankara tərəfindən diplomatik jest kimi müxtəlif ölkə liderlərinə hədiyyə edilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR