İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın strategiyası nəticə verdi: Türkiyənin müdafiə ixracında sıçrayış

4616 03.02.2026 01:06 Dünya A A

2026-cı ilin yanvar ayında Türkiyənin müdafiə və aerokosmik sənaye ixracı kəskin artım göstərərək 555,3 milyon dollara çatıb. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,2% artım deməkdir və sektor üçün tarixi rekord sayılır.

Musavat.com xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Başqanlığının rəhbəri Haluk Görgün açıqlamasında bildirib ki, 2025-ci ilin uğurlu yekunlarından sonra sənaye 2026-cı ilə də güclü start verib. Onun sözlərinə görə, artımın əsas səbəbi real döyüş və əməliyyat şəraitində sınaqdan çıxmış yüksək texnologiyalı məhsullara qlobal marağın artmasıdır.

Bu, o deməkdir ki, əldə olunan nəticələr Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə həyata keçirilən Milli Texnologiya Təşəbbüsü konkret nəticə verir. Bu strategiya Türkiyənin müdafiə sənayesində ixrac yönümlü inkişaf modelini gücləndirib və ölkəni beynəlxalq bazarda əsas oyunçulardan birinə çevirib.

Xatırladaq ki, 2025-ci ilin yekunlarına əsasən Türkiyənin müdafiə və aerokosmik sənaye ixracı da rekord həddə — 10,54 milyard dollara yüksələrək illik ifadədə 48% artım göstərmişdi.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR