Musavat.com xəbər verir ki, Ermənistan parlamentində ilin son brifinqi gərgin keçib. “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovanisyan Apostol Kilsəsinin rəhbərliyinə misilsiz sərt tənqidlər yönəldib.
Musavat.com xəbər verir ki, deputat çıxışı zamanı kilsənin hazırkı idarəetmə modelini “mafioz məntiqi” ilə işləyən sistem kimi xarakterizə edib. Onun sözlərinə görə, Katolikos Ktriç Nersisyanın 27 oktyabr 1999-cu ildə özünü ən yüksək dini postda elan etməsindən sonra qurum daxilində münasibətlər “kilsə adət-ənənələrinə zidd proseslərə” çevrilib.
Rəsmi açıqlamaya əsasən, Ovanisyan bəyan edib ki, kilsə rəhbərliyində baş verənlər dini idarəçilikdən çox, “qapalı, klan tipli mexanizmə” bənzəyir.
Musavat.com






