İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan–Avropa–Rusiya xətti: regionu nə gözləyir? - RAUF ARİFOĞLU İLƏ MÜZAKİRƏ

450 30.01.2026 12:12 Gündəm A A

ARB24 televiziyasının efirində Nuranə İbrahimlinin aparıcılığı ilə "İşgüzar səhər" verilişi yayımlanıb.

Musavat.com xəbər verir ki, proqramın qonağı "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu olub.

Verilişdə regional və beynəlxalq gündəmin əsas mövzularından biri olan Ermənistan–Avropa–Rusiya münasibətləri ətrafında geniş müzakirələr aparılıb. Ermənistanın son dövrlər Avropa strukturlarına yaxınlaşma cəhdləri, bunun fonunda Rusiya ilə münasibətlərdə yaranan gərginlik, Moskvanın Cənubi Qafqazdakı təsir imkanları və bu proseslərin regional təhlükəsizliyə mümkün təsirləri təhlil olunub.

Rauf Arifoğlu həmçinin Ermənistanın geosiyasi seçimlərinin real nəticələri, Avropanın bu ölkəyə yanaşması və Rusiyanın proseslərə cavab addımları ilə bağlı mövqeyini bölüşüb. Müzakirələr zamanı Azərbaycan üçün formalaşan yeni siyasi reallıqlar və regionda güc balansının dəyişməsi də geniş müzakirə olunub.

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR