İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama

934 26.02.2026 10:25 Ölkə A A

Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna (WUF13) Ermənistanı dəvət etməsi ilə bağlı hazırda məlumat yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda yerləşən "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

Nazir bildirib ki, tədbirin özünün müəyyən edilmiş formatı mövcuddur və iştirakçı ölkələrin dəvət olunması da məhz həmin prosedurlar çərçivəsində həyata keçirilir.

“Təbii ki, tədbirin özünün formatı var və həmin format kontekstində hansı ölkələrin dəvət olunması nəzərdə tutulubsa, buna uyğun da prosedur həyata keçiriləcək. Eyni zamanda tədbir çərçivəsində ilk dəfə liderlər sammiti də təşkil olunacaq. Əlbəttə, burada bütün dünya liderləri iştirak etməyəcək. Bu istiqamətdə dəstəyə ehtiyac olan ölkələr dəvət olunub. Ermənistanın WUF13-ə dəvət olunması ilə bağlı məndə məlumat yoxdur”, – deyə XİN başçısı qeyd edib.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR