İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan orduya xəstələri də göndərəcək

527 25.12.2025 20:59 Son xəbər A A

Ermənistan hökuməti hərbi xidmətə çağırılanların orduda xidmətdən azad edildiyi xəstəlik və patologiyaların siyahısını ixtisar edib.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq qərar cümə axşamı Nazirlər Kabinetinin iclasında qəbul olunub.

Qərarda qeyd olunur ki, müalicə tələb etməyən və ya sağlamlığa ciddi təhlükə yaratmayan xəstəliklər siyahıdan çıxarılacaq. Bəzi hallarda bu cür çağırışçılar məhdudiyyətlərlə hərbi xidmətə yararlı hesab ediləcəklər. Dəyişikliklərə əsasən, siyahıda baş və onurğa beyninin venoz angioması zamanı tibbi müayinənin aparılma qaydasının dəqiqləşdirilməsi təklif olunur ki, bu da xidmətə yararlılığın daha dəqiq müəyyənləşdirilməsinə imkan versin.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Ermənistan hökuməti belə bir qərarı qəbul etmək məcburiyyətində qalıb. Çünki son illərdə Ermənistan ordusunun şəxsi heyətinin komplekləşdirilməsində çətinliklər yaşayır: “Ermənistan ordusu 2020-ci il 44 günlük müharibədə Azərbaycan ordusu tərəfindən diz çökdürülüb. O zamandan Ermənistan ordusunun şəxsi heyətində zabit, kiçik zabit və əsgər çatışmamazlığı hökm sürür. Ermənistandan başqa ölkələrə gənclərin kütləvi axını prosesi, həmçinin demorqrafik vəziyyətin yaxşı olmaması, eləcə də valideynlərin öz övladlarını müxtəlif bəhanələrlə, xəstəlik adı altında hərbi xidmətdən yayındırması hallarının artması ordunun şəxsi heyətinin formalaşmasında ciddi problemlər meydana gətirib. Təkcə son iki ilə yaxın müddətdə hökumət bu vəziyyəti düzəltmək üçün bir sıra həvəsləndirici qərarlar qəbul edib, həmçinin müəyyən sərt cəzaları nəzərdə tutan qərarlar qəbul eləyib. Ancaq belə görünür ki, istənilən müsbət nəticəni əldə edə bilmirlər. Ona görə də hərbi xidmətə çağırılanların orduda xidmətdən azad edildiyi xəstəlik və patologiyaların siyahısında ixtisar eləyiblər”.

 

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR