İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Təhlükəsizlik Xidməti son hədəfini seçdi - Katolikos Qaregin açıq təzyiq altında

967 12.12.2025 17:39 Dünya A A

Ermənistanda hakimiyyətlə kilsə arasında qarşıdurma ən təhlükəli mərhələsinə daxil olub. “Hraparak” nəşrinin yaydığı məlumata görə, Milli Təhlükəsizlik Xidməti (MTX) artıq dolayı təsir mexanizmlərindən imtina edərək birbaşa Erməni Apostol Kilsəsinin rəhbərliyinə, katolikos II Qareginə yönəlik təzyiq xəttinə keçib.

Musavat.com xəbər verir ki, mənbələrin bildirdiyinə görə, 10–12 dekabr tarixlərinə planlaşdırılan arxiyerey şurasının təxirə salınması məhz təhlükəsizlik orqanlarının açıq xəbərdarlıqları və hədələri fonunda baş verib. Xüsusi xidmət orqanları kilsə rəhbərliyinə şura keçiriləcəyi və “itaətsiz” sayılan 10 yepiskopla bağlı qərarlar qəbul ediləcəyi halda, kütləvi saxlanmalar və inzibati məhdudiyyətlər də daxil olmaqla “arzuolunmaz proseslərin” qaçılmaz olacağını çatdırıblar.

Nəşrin iddiasına əsasən, hətta şura iştirakçılarının öz yeparxiyalarına qayıtmasına belə maneələr yaradılması gündəmə gətirilib. Bu isə faktiki olaraq kilsənin daxili idarəetmə mexanizminin dövlət gücü ilə iflic edilməsi anlamına gəlir.

Mövcud gərginliyin nəzarətdən çıxmaması üçün II Qaregin şuranın keçirilməsini dayandırmaq qərarı verib. Lakin bu addım Ermənistanda artıq açıq fazaya keçən hakimiyyət–kilsə qarşıdurmasının daha da dərinləşdiyini göstərir.

MTX-nin bu addımı kilsənin toxunulmazlıq statusunun de-fakto ləğvi və Ermənistan dövlət sistemində təhlükəli presedent yaradılması deməkdir. Ekspertlərin proses bu templə davam edərsə, ölkə təkcə siyasi yox, institusional böhranla da üz-üzə qala bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR