İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı arxivə verilib

593 06.10.2025 16:16 Region A A

Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı parlamentin arxivinə təhvil verilib.

Bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan “Factor.am”a bildirib.

“44 günlük müharibənin səbəblərinin araşdırılması üzrə istintaq komissiyasının hesabatının parlamentin plenar iclaslarının gündəliyinə daxil edilməsi müddətlərin üst-üstə düşməməsi səbəbindən hüquqi baxımdan mümkün olmayıb. Bütün mümkün maraqlı tərəflərlə aparılan müzakirələr nəticəsində hesabatın parlamentin arxivinə göndərilməsi qərara alınıb. Orada hər bir deputat konfidensiallıq icazəsinə malik olan hesabatla tanış ola bilər”, - Arutyunyan qeyd edib./APA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR