İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda revanşist qayıdış

665 13.01.2026 14:36 Region A A

Ermənistanda revanşist xəttin əsas daşıyıcılarından biri sayılan “Daşnaksütyun” partiyası 2026-cı ildə keçiriləcək parlament seçkilərində koalisiya formatında iştirak etmək niyyətini açıqlayıb.

Musavat.com bildirir ki, bu barədə məlumatı partiyanın ali orqanının nümayəndəsi, müxalif “Hayastan” blokunun deputatı İşxan Saqatelyan verib.

Onun sözlərinə görə, qərar partiya strukturlarının təklifləri və son genişləndirilmiş toplantının müzakirələri əsasında qəbul olunub. Saqatelyan yenidən hakimiyyət dəyişikliyi çağırışını səsləndirərək Paşinyan hökumətini “anti-milli və ant idövlətçilik siyasəti” yürütməkdə ittiham edib.

“Daşnaksütyun” rəhbərliyi koalisiya danışıqlarına başlamaq üçün səlahiyyət alıb. Saqatelyan ilk olaraq sabiq prezident Robert Köçəryanın siyasi xəttini təmsil edən “Hayastan” bloku ilə müzakirələrin aparılacağını bildirib.

Saqatelyan son günlər səsləndirilən “köhnə prezidentlər seçkilərə qatılmamalıdır” tezislərini də baş nazir Nikol Paşinyanın gündəmə atdığı “tələlər” kimi qiymətləndirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR