İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda seçkilərin tarixi AÇIQLANDI 

978 24.12.2025 14:09 Son xəbər A A

Ermənistan Konstitusiyasına əsasən, 2026-cı il parlament seçkiləri 2–12 iyun tarixləri arasında keçirilməlidir.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vahan Ovakimyan bildirib.

Onun sözlərinə görə, seçkilərin dəqiq günü prezidentin fərmanı ilə müəyyən edilir və hazırda belə bir fərman mövcud deyil. Bununla belə, qeyd olunan tarix aralığında yeganə bazar günü 7 iyuna təsadüf etdiyindən seçkilərin həmin gün keçirilməsi gözlənilir.

Ovakimyan bildirib ki, seçkilərin iş gününə təyin olunması əlavə hüquqi prosedurlar tələb edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR