İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda ŞOK PLAN: Kçoyan 100 ruhani ilə...

634 13.01.2026 14:27 Region A A

Ermənistanda kilsə ilə hakimiyyət arasında mübarizə daha kəskin mərhələyə keçir.

Musavat.com xəbər verir ki, bu barədə “İravunk” qəzetində məlumat dərc olunub.

Məlumata görə, hökumətə yaxın dairələrdə arxiyepiskop Navasard Kçoyanın baş nazir Nikol Paşinyana sədaqətini nümayiş etdirməyə çalışdığı və bu məqsədlə kilsə daxilində fəal şəkildə mobilizasiya apardığı bildirilir. Qəzetin mənbələri iddia edir ki, yaxın günlərdə Kçoyan ən azı 100 din xadimini prosesə cəlb etməyi vəd edib.

“Mənbələr deyirlər ki, Kçoyan həftənin sonuna qədər 100-ə yaxın ruhanini cəmləşdirməyə söz verib”, - deyə nəşr yazır.

İddiaya görə, Kçoyan son görüşlərdə Paşinyanın siyasi kursuna tam loyal olduğunu göstərmək üçün daha sərt addımlar atmağa hazır olduğunu bildirib.

“İravunk” yazır ki, həmin dairələrdə katolikosun kənarlaşdırılması ehtimalı belə müzakirə olunur və bu məqsədlə ruhanilərdən ibarət qrupla Eçmiədzinə yürüş edilməsi variantı gündəmə gətirilir.

Qəzet bu planı hakimiyyət tərəfindən kilsə rəhbərliyinə qarşı təşkilatlanmış kampaniyanın yeni fazası kimi qiymətləndirir.

Paşinyan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında münasibətlər uzun müddətdir gərgin olaraq qalır. Katolikos isə hələlik iddialara cavab verməyib və rəsmi kilsə strukturlarının mövqeyi açıqlanmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR