Erməni politoloq Artur Xaçikyan sosial şəbəkədə yayımladığı növbəti emosional açıqlamasında Ermənistanın suverenliyi barədə sərt iddialar səsləndirib.
Musavat.com xəbər verir ki, o, Ermənistanın sərhəd nəzarəti ilə bağlı müzakirələri fonunda mövcud prosesləri ölkənin daxili işlərinə müdaxilə kimi təqdim edib.
Məsələni Ermənistan kontekstinə gətirən Xaçikyan yazır ki, “Ermənistanın sərhədçi harada oturmalıdır, hansı qapıdan keçə bilər və ya hansı otağa girməyə icazəsi var – bunları Türkiyə, Azərbaycan, ABŞ və digər dövlətlər müəyyənləşdirir”.
Bu iddianı əsas götürərək, o, nəticə çıxarır: “Belə vəziyyətdə “suverenlik” sözünü işlətməyin nə mənası var?”
Xaçikyanın arqument xətti Ermənistan daxili siyasi mühitində uzun müddətdir mövcud olan revanşist və anti-regional ritorikanın davamıdır. Ermənistanda Zəngəzur dəhlizi, sərhədlərin açılması, regionda yeni nəqliyyat-kommunikasiya normallaşması kimi proseslər sürətləndikcə, bu cür çevrələr suverenlik anlayışını yalnız qapalı dövlət modeli ilə eyniləşdirir və regional əməkdaşlığı “tabeçilik” kimi təqdim etməyə çalışır.
Musavat.com






