İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın sabiq baş nazirinin kürəkəni prokurorluğa çağırıldı

550 20.02.2026 19:58 Region A A

İrəvanda yüksək vəzifəli keçmiş məmurlarla bağlı daha bir istintaq prosesi gündəmə gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hetq” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Dövlət Gəlirləri Komitəsinin (KGM) Qərb Gömrük İdarəsinin sabiq rəisi Vladimir Tamrazyan və ailə üzvləri fevralın 25-də Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirəsi işləri üzrə idarəsinə çağırılıb.

Məlumata əsasən, Tamrazyana məxsus əmlakın araşdırılmasına hələ 13 mart 2023-cü ildə başlanılıb. İlkin nəticələrə əsasən, istintaqın yekun hesabatı hazırlanıb.

Prokurorluğa sabiq məmurun özü ilə yanaşı, onun həyat yoldaşı Rebeka Abramyan və anası Mariya Tamrazyan da dəvət olunub. Çağırışın məqsədi iş materialları ilə tanışlıq və tərəflərin rəsmi mövqelərinin təqdim edilməsidir.

Qeyd edək ki, Vladimir Tamrazyan Ermənistanın sabiq baş naziri Ovik Abramyanın qızının həyat yoldaşıdır.

Hazırkı mərhələdə prokurorluq müsadirə edilə biləcək əmlakın siyahısını açıqlamır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR