Ermənistanın yeni Konstitusiyasının mətni yaxın altı ay ərzində hazır olacaq.
Musavat.com xəbər verir ki, bu barədə çərşənbə günü keçirilən mətbuat konfransında ölkənin ədliyyə naziri Srbuhi Qalyan məlumat verib.
Nazirin sözlərinə görə, işlərin yekunlaşdırılması mart ayına planlaşdırılıb və müəyyən edilmiş müddətlər dəyişdirilməyəcək.
“Mart ayında gördüyümüz işlərin yekununu çıxaracağıq. Əvvəlcədən müəyyən olunmuş vaxt qrafikindən kənara çıxmayacağıq. O vaxta qədər mətni hazır və dərc edəcəyik”, – deyə o vurğulayıb.
Nazir həmçinin bildirib ki, yeni Konstitusiyanın mətninin yekunlaşdırılması Ədliyyə Nazirliyinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır.
Musavat.com






