İnsanlara hürriyət, millətlərə istiqlal!

Fateh Terimə kələk gələn bankir qadına 102 illik həbs cəzası kəsildi

1167 01.12.2025 23:09 Dünya A A

İstanbul məhkəməsi Denizbank-ın keçmiş filial direktoru Secil Erzanı fırıldaqçılıq və aldatma ittihamı ilə 102 il 4 ay həbs cəzasına məhkum etdi.

Musavat.com  NTV-yə istinadən xəbər verir ki, o, həmçinin 178.000 dollar cərimə olunub.

Məhkəmə Secilin yaratdığı fondun yüksək mənfəət adı altında 41 nəfəri aldatdığını müəyyən edib. Onun investorları arasında məşqçilər və futbolçular Fatih Terim, Arda Turan, Emre Belözoğlu, Fernando Muslera və başqaları var idi.

Secil 2023-cü ilin aprel ayından bəri həbsdədir. O, əvvəlcə 40 milyon dollar və 20 milyon türk lirəsi (cari məzənnə ilə 470.000 dollar) məbləğində fırıldaqçılıqda ittiham olunurdu. Prokurorlar fırıldaqçılıq ittihamları ilə ona 109 ildən 358 ilə qədər həbs cəzası tələb etmişdilər.

İşdə iştirak edən Denizbank-ın keçmiş rəhbərləri Hakan Ateş və Mehmet Aydoğdu isə bəraət alıblar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR