İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fənərbağça” azarkeşlərinə ŞAD XƏBƏR - FOTO

1005 12.04.2026 13:44 İdman A A

“Fənərbağça”nın “Beşiktaş”la keçirdiyi matçda zədələnən Marko Asensionun “Çaykur Rizespor”la oyunda heyətə daxil ediləcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Derbidə aldığı zədəyə görə “Kayserispor”la qarşılaşmada forma geyinməyən ispan ulduzun sol dizinin ön çarpaz bağında ödem aşkarlanmış və təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.

Məlumata əsasən, müalicəyə müsbət reaksiya verən futbolçunun bərpa prosesi gözləniləndən daha yaxşı gedir.

image_1775980257588.jpg (262 KB)

Bildirilir ki, Marko Asensio “Çaykur Rizespor”la oyunda ikinci hissədə meydana çıxa bilər. Klubun tibbi heyəti onun durumunu həftə ərzində diqqətlə izləyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR