İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərdisdə QƏTLİAM: İran təhlükəsizlik qüvvələri etirazçılara atəş açdı - VİDEO

1117 09.01.2026 13:36 Region A A

İranda etirazlar daha da sərtləşir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Fərdis şəhərində təhlükəsizlik qüvvələri etirazçılara qarşı odlu silahdan istifadə edib.

Musavat.com xəbər verir ki, hadisələrdən bir gün əvvəl nümayişçilər vilayətdə İslam şəhər şurasına aid binanı yandırıblar.

Ardınca vəziyyət daha da gərginləşib və küçələrdə toqquşmalar yaşanıb.

Mənbələrin iddiasına görə, baş verənlər zamanı “onlarla insanın öldürüldüyü” bildirilir. Rəsmi qurumlar isə ölənlərin sayı ilə bağlı hələlik açıqlama verməyib.

Etirazların artıq 10 gündən çoxdur davam etdiyi, ölkənin müxtəlif şəhərlərində də zorakılıq, həbslər və itkilər barədə xəbərlərin yayıldığı qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR