İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya prezidenti Trampı saunaya çağırdı: “Yaxşıca buxarlanaq, sonra Qrenlandiya qərarı...”

1539 21.01.2026 00:49 Dünya A A

“The Washington Post”-a müsahibəsində Finlandiya prezidenti Aleksandr Stub bildirib ki, o, ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət qurmaq istəyinə dair üç ssenari görür: yaxşı, pis və dəhşətli.

Musavat.com xəbər verir ki, Stub bunu belə izah edib: “Yaxşı ssenari — vəziyyətin yumşaldılması və Arktikada NATO çərçivəsində təhlükəsizliyin gücləndirilməsi. Pis ssenari — Qrenlandiya ilə Danimarka arasında münasibətlərin pozulması. Dəhşətli ssenari — hərbi variantdır, amma buna heç kim inanmır".

Stub əlavə edib ki, Tramp Davos iqtisadi forumunda Avropanın digər liderləri ilə görüşəcək və bir çıxış yolu tapmağa çalışacaq. O vurğulayıb ki, finlərin fikrincə, bəzən bir az dayanmaq, saunaya getmək, yaxşıca buxarlanmaq və sonra qərar qəbul etmək faydalıdır.

WP jurnalisti qeyd edib ki, əgər Finlandiya prezidenti Trampı saunaya getməyə inandıra bilsəydi, bəlkə nə isə əldə etmək olardı. “Qolf diplomatiyasından sauna diplomatiyasına”, - Stub əlavə edib.

Sonra o, Bloomberg-ə deyib ki, son saatlarda Qrenlandiya məsələsi ilə bağlı aparılan söhbətlər bəzi ümidlər doğurur.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR