Gəncədə 56 yaşlı kişi bıçaqlanıb.
Hadisə şəhərin Totanlı kəndi ərazisində qeydə alınıb.
1970-ci il təvəllüdlü Elcan Əlili bədəninin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
İlkin məlumata görə, kişi tanıdığı şəxs tərəfindən torpaq sahəsi üstündəki ədavətə görə bıçaqlanıb.//Qafqazinfo






