İnsanlara hürriyət, millətlərə istiqlal!

Gökhan Gönül ev dustaqlığına məhkum edildi

747 04.12.2025 03:53 Dünya A A

Türkiyədə BİST (Borsa İstanbul) fond bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə bağlı aparılan təhqiqat çərçivəsində saxlanılmış Türkiyə yığmasının və "Fənərbağça" və "Beşiktaş" klublarının keçmiş futbolçusu Gökhan Gönül ev dustaqlığına məhkum edilib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı təhqiqatı aparan İstanbul Prokurorluğu yayıb.

Bundan başqa, eyni iş üzrə saxlanılmış məşhur illüziyaçı Aref Qafuri və daha yeddi nəfər həbs edilib.

Həmçinin məlumata görə, İstanbulda, eləcə də Antalya, Samsun, Ankara və Kahramanmaraşda yerləşən "Avrupa Yatırım Holding A.Ş." səhmləri ilə bağlı manipulyativ fəaliyyətlə məşğul olduğu müəyyən edilən 25 nəfər barəsində "cinayətkar təşkilat yaratmaq" və "bazar fırıldaqçılığı" maddələri üzrə istintaq tədbirləri aparılır.

Qeyd edək ki, Aref Qafuri və Gökhan Gönül dekabrın 2-də saxlanılıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR