İnsanlara hürriyət, millətlərə istiqlal!

Goranboyda baş verən qəzada ölənlərin və yaralananların kimliyi bəlli olub

938 02.01.2026 01:50 Hadisə A A

Goranboy rayonunda avtomobilin aşması nəticəsində ölən və yaralananların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "LADA" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində ata - 1986-cı il təvəllüdlü Adil Hüseynov və oğul - 2009-cu il təvəllüdlü Sabir Hüseynov həlak olub, ana - 1991-ci il təvəllüdlü Lamiyə Əliyeva və qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboy rayonunda avtomobilin aşması nəticəsində bir ailənin iki üzvü ölüb, iki nəfər isə xəsarət alıb.

Hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb.

Belə ki, "LADA" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində ata və oğul həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alan ana və qızı isə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR