Fransanın cənub-şərqində yerləşən Qrenobl şəhərində gözəllik salonunda qumbara partlaması nəticəsində 6 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə ICI radiosu məlumat yayıb.
Bildirilir ki, hadisə şəhərin mərkəzində, İzer departamentində yerləşən gözəllik salonunda baş verib.
Məlumata görə, cinayətkarla birlikdə gələn bir şəxs salona qumbara atıb. Partlayışdan sonra hücum edən şəxslər hadisə yerindən qaçıblar. Nəticədə salonun vitrini dağılıb, altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlar arasında 5 yaşlı uşağın da olduğu bildirilir.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.
"Franceinfo" radiosunun Qrenobl prokuroru Etyen Mantoya istinadən yaydığı məlumata görə, partladılan qurğu öldürmək məqsədi daşımayıb, daha çox qorxu yaratmaq üçün hazırlanıb. Bildirilir ki, ev şəraitində düzəldilmiş qumbarada güclü partlayıcı maddə və ya çoxsaylı metal qəlpələr olmayıb.
Musavat.com






