ABŞ prezidenti Donald Tramp bu gün Respublikaçı Konqres üzvləri qarşısında çıxış edəcək.
Musavat.com xəbər verir ki, tədbir Vaşinqtonda yerləşən “Donald C. Tramp və Con F. Kennedi Memorial Mərkəzi”ndə keçiriləcək.
Çıxışın Vaşinqton vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 19:00) başlaması planlaşdırılır.
Onun bəyanatının mövzusu hələlik açıqlanmayıb.
Musavat.com






