Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya, ABŞ nümayəndələrinin üçtərəfli görüşü başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə BƏƏ xarici işlər naziri Abdulla bin Zaid Al Nahyan bildirib.
"Danışıqlar bu gün Əbu-Dabidə başlayıb. Cədvələ görə, onlar iki gün davam edəcək", - məlumatda deyilib.
***
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqlar başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
"Ukrayna, Rusiya və ABŞ arasında sülh danışıqları artıq Əbu-Dabidə başlayıb", - məlumatda deyilir.
Telekanal qeyd edir ki, bu danışıqlar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tərəflər arasında keçirilən ilk birbaşa üçtərəfli görüşdür.
Musavat.com






