İnsanlara hürriyət, millətlərə istiqlal!

Güllələnən generalla bağlı Ukraynadan AÇIQLAMA

968 07.02.2026 11:47 Dünya A A

Kiyev Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavini Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində iştirak etməyib.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

"Kiyevin bu hücumla heç bir əlaqəsi yoxdur", – deyə Sibiqa vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da Moskva şəhərində naməlum şəxs general-leytenant Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb.

Rusiya KİV-lərinin məlumatına görə, Volokolamsk şossesində yerləşən yaşayış binasının girişində generala sui-qəsd edən qadın killer olub.

“Mash” nəşrinin məlumatına görə, killer səhər saat 7-də Alekseyevi yaşadığı binanın lift meydançasında arxadan güllələyib. İlkin versiyaya görə, killer sonuncu “nəzarət atəşini” həyata keçirə bilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR