İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın keçmiş müdafiə naziri saxlanıldı: Prezident Administrasiyasına hücumu idarə etməkdə suçlanır

588 25.12.2025 21:36 Dünya A A

Musavat.com xəbər verir ki, Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya oktyabrın 4-də Prezident Administrasiyasının ələ keçirilməsinə yönəlmiş hücumun idarə olunmasında ittiham edilərək saxlanılıb.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, iş çərçivəsində onun həyat yoldaşı Anna Nadareişvili də saxlanılıb, lakin hazırkı mərhələdə azadlığa buraxılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə qeyd olunub ki, məhkəmə qərarı əsasında əldə edilən məlumatların təhlili nəticəsində müəyyən edilib: 4 oktyabr hadisələri zamanı Baço Axalaya prosesləri internet tətbiqləri vasitəsilə idarə edib və hücumun əsas təşkilatçısı olub. O, həmçinin bu iş üzrə daha əvvəl saxlanılmış şəxslərlə mobil tətbiqlər üzərindən dəfələrlə əlaqə saxlayıb və aksiya planını müzakirə edib.

Rəsmi açıqlamada daha bir mühüm məqam da diqqətə çatdırılıb. Gürcüstan DTX-nın məlumatına görə, Ukraynadan silah tranziti ilə bağlı aparılan istintaq çərçivəsində Tbilisi yaxınlığındakı meşəlik ərazidə seçki günü — 4 oktyabrda diversiya məqsədilə gizlədilmiş çoxlu sayda silah və detonatorlu partlayıcı maddə aşkarlanaraq müsadirə edilib. Qurumun bildirdiyinə görə, bu iş Prezident Administrasiyasına hücumla bağlı cinayət işi ilə birləşdiriləcək.

Hazırda istintaq tədbirləri davam etdirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR