İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamiləliklə bağlı sensasion kəşf: alimlər süni modelini kəşf etdi

1204 26.12.2025 00:03 Maraqlı A A

Musavat.com xəbər verir ki, alimlər insan hamiləliyinin ən həssas mərhələlərindən birini anlamağa imkan verən mühüm elmi nailiyyətə imza atıblar.

Belə ki, uşaqlığın selikli qişasının — endometriumun süni modeli yaradılıb. Bu model erkən dövrdə baş verən prosesləri dərindən öyrənməyə və hamiləliyin itirilməsi riskini azaltmağa kömək edə bilər.

Araşdırmanın əsas məqsədi embrionun uşaqlığa yapışdığı ilk günlərdə nələrin baş verdiyini aydınlaşdırmaqdır. Məlumdur ki, məhz bu mərhələ hamiləliyin davam edib-etməməsində həlledici rol oynayır. Süni model mayalanmadan təxminən bir həftə sonra baş verən implantasiya mərhələsi üçün təbii mühiti təqlid edir.

Modelin yaradılması zamanı donor qadınlardan götürülmüş uşaqlıq toxuması nümunələrindən istifadə olunub. Tədqiqat çərçivəsində embrionla selikli qişa arasında gedən molekulyar “ünsiyyət” araşdırılıb. Məhz bu siqnallar hamiləliyin başlaması və davam etməsi üçün həyati əhəmiyyət daşıyır.

Mütəxəssislərin fikrincə, bu elmi yenilik xüsusilə süni mayalanma (EKO) sahəsində böyük əhəmiyyət kəsb edir. Çünki EKO prosedurlarında implantasiyanın uğur faizi hələ də nisbətən aşağıdır. Yeni model isə uğursuzluqların səbəblərini daha dəqiq anlamağa və gələcəkdə EKO-nun effektivliyini artırmağa imkan verə bilər.

Alimlər hesab edirlər ki, bu tədqiqat reproduktiv tibbdə yeni mərhələnin əsasını qoya və minlərlə ailə üçün valideyn olma ümidini gücləndirə bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR