İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava kəskin DƏYİŞİR - Güclü külək XƏBƏRDARLIĞI

1421 18.02.2026 17:16 Son xəbər A A

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Musavat.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Naftalan, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Bərdə, Tərtər, Göyçay, İsmayıllı, Qəbələ, Qusar, Siyəzən, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR