Arxiyepiskop Mikael Açapaxyan dekabrın 15-də İrəvandakı İzmiryan Tibb Mərkəzinə köçürüləcək.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə onun vəkili Ara Zöhrabyan bu gün jurnalistlərlə söhbətində deyib.
Vəkillərin bundan əvvəl dediyinə görə, arxiyepiskop Mikael təcili əməliyyat olunmalıdır.
Qeyd edək ki, Erməni Apostol Kiləsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikael Açapaxyan bu ilin iyununda həbs edilib və barəsində cinayət işi başlanıb.
Açapaxyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edilir.
Musavat.com






