Astroloqların proqnozuna görə, bu həftəsonu bəzi bürclər digərlərindən daha çox şans və müsbət enerji hiss edəcəklər.
Musavat.com xəbər verir ki, xüsusilə sevgi, maliyyə və şəxsi münasibətlər sahəsində xoş sürprizlər gözlənilir.
Qoç
Qoçlar üçün həftəsonu olduqca uğurlu görünür. Yeni tanışlıqlar, maraqlı görüşlər və gözlənilməz xəbərlər əhvalınızı yüksəldə bilər. Maddi məsələlərdə də sevindirici inkişaflar mümkündür.
Tərəzi
Tərəzilər uzun müddətdir gözlədikləri bir mövzuda müsbət nəticə əldə edə bilərlər. Həftəsonu həm ailə, həm də dost çevrəsində xoş anlarla yadda qalacaq.
Oxatan
Macəra və yenilik axtaran Oxatanlar üçün şanslı günlər başlayır. Səfərlər, yeni planlar və fərqli imkanlar gündəmə gələ bilər. Enerjiniz yüksək olacaq.
Əkizlər
Əkizlər üçün ünsiyyət və sosial əlaqələr ön plana çıxır. Yeni tanışlıqlar və maraqlı təkliflər almaq ehtimalınız yüksəkdir. Həftəsonu aktiv və məhsuldar keçəcək.
Balıq
Balıqlar üçün emosional baxımdan rahat və xoş günlər gözlənilir. İntuisiya güclənəcək, şəxsi münasibətlərdə isə müsbət dəyişikliklər baş verə bilər.
Musavat.com






