İnsanlara hürriyət, millətlərə istiqlal!

Həftəsonu Rusiya və Ukrayna nümayəndələri Floridada olacaq

280 19.12.2025 02:12 Siyasət A A

Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Andrey Qnatov ABŞ prezidenti Donald Trampın nümayəndələri ilə Floridada danışıqlar aparacaqlar.

Musavat.com xəbər verir ki, məlumatı Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişina açıqlayıb: "Umerov və Qnatov Amerika nümayəndə heyəti ilə işləmək üçün Floridaya gələcəklər".

Stefanişina görüşün 18 və 19 dekabrda baş tutacağını dəqiqləşdirib.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski tərəflərin sülh planının təfərrüatlarını və təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırdıqlarını açıqlayıb. O, əlavə edib ki, danışıqlarda "avropalılar  da iştirak edə bilər".

Bundan əlavə, bir sıra mənbələr Rusiyanı sülh danışıqlarında təmsil edən Rusiya Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin də bu həftəsonu Floridaya – Stiv Vitkoff və Cared Kuşnerlə sülh planını müzakirə etməyə gedəcəyinə dair məlumat yayıblar.

Qeyd edək ki, Umerov və Qnatov artıq 4-6 dekabr tarixlərində Floridada keçirilən danışıqlarda iştirak ediblər. Amerika tərəfini danışıqlarda Stiv Vitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner təmsil edib. Bloomberg-in məlumatına görə, həmin vaxt danışıqlar sülh prosesində əhəmiyyətli bir irəliləyiş əldə edə bilməyib. Ukrayna və ABŞ 14 və 15 dekabr tarixlərində Berlində eyni iştirakçılarla bir neçə raund danışıqlar keçiriblər.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR