İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimlər mümkün olan hər şeyi etdilər: baş keşişin taleyini 72 saat müəyyən edəcək VİDEO

730 19.12.2025 00:39 Dünya A A

Qarşıdakı 72 saat Müqəddəs İohann Xaçverən kilsəsinin baş keşişi Vrtanes Baqalyanın həyatı baxımından həlledici olacaq.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkədə protoarximandrit Zaxariya Baqumyan məlumat yayıb. Onun sözlərinə görə, həkimlər ruhaninin vəziyyətini stabilləşdirmək üçün bütün mümkün tibbi tədbirləri həyata keçiriblər.

Məlumatda bildirilir ki, baş keşiş Baqalyanın həyat yoldaşına qısa müddətlik onun yanına daxil olmağa icazə verilib. Ayıldıqdan sonra ruhaninin verdiyi ilk sual isə belə olub: “Birinci Taxt Müqəddəs Eçmiadzində hər şey qaydasındadırmı?” 

Qeyd olunub ki, Vrtanes Baqalyan dünən Eçmiadzindən təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə bir qrup üsyankar yepiskopun kilsə daxilində qarışıqlıq və iğtişaş yaratmağa cəhd göstərməsindən sonra baş verib.

Həkimlər baş keşişin vəziyyətinin son dərəcə ağır olaraq qaldığını bildirir və vurğulayırlar ki, qarşıdakı 72 saat onun taleyi üçün həlledici olacaq. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR