Hindistanın Rusiyadan neft idxalı 2026-cı ilin əvvəlində son dörd ilin ən aşağı həddinə enə bilər.
Musavat.com xəbər verir ki, Bloomberg-in məlumatına görə, yanvarda idxal gündəlik 2,1 milyon barrel pik göstəricidən 600 min barrelə düşəcək.
Azalmanın əsas səbəbləri kimi göstərilir:
Tramp administrasiyasının təzyiqi — Vaşinqton iddia edir ki, Hindistanın aldığı rus nefti Moskvanın müharibə büdcəsini qidalandırır;
“Rosneft” və “Lukoil”ə qarşı yeni sanksiyalar;
Logistika və ödəniş kanallarında yaranan çətinliklər.
Bununla belə, idxal həcmində ciddi azalmaya baxmayaraq, bu rəqəmlər hələ də müharibədən əvvəlki dövrdən yüksəkdir. Treyderlər hesab edir ki, Rusiya yeni vasitəçilər və sxemlər tapmaqla məhdudiyyətləri qismən aşa bilər və bu, idxalın qismən bərpasına səbəb ola bilər.
Vladimir Putinin Dehliyə səfəri zamanı Hindistana “fasiləsiz və etibarlı təchizat” vədi də bu ehtimalları gücləndirir.
Hindistan isə Vaşinqtonla ticarət sazişinin ləngiməsi səbəbindən ABŞ-ın tələblərinə tam əməl etməyə tələsmir.
Musavat.com






