ABŞ-nin Rod-Aylend ştatının Potaket şəhərində gənclər arasında hokkey oyunu zamanı baş verən atışmada hücumçu da daxil olmaqla üç nəfər həlak olub.
Musavat.com xəbər verir ki, məlumatı "Associated Press" yayıb.
Polisin məlumatına görə, daha üç qurban ağır vəziyyətdə xəstəxanalara aparılıb.
Hadisəni törədən silahlı intihar edib.
İlkin məlumatlara görə, hücumun məişət münaqişəsi ilə əlaqəli ola biləcəyi ehtimal olunur. Atıcının şəxsiyyəti və qurbanların yaşları barədə təfərrüatlar açıqlanmayıb, lakin polis rəisi Tina Qonsalves qurbanların böyüklər olduğunu bildirib.
Bu, son iki ayda ştatda baş verən ikinci qanlı hadisədir. 13 dekabr axşamı Braun Universitetinin kampusunda iki tələbə öldürülüb, doqquz nəfər yaralanıb, bundan sonra atıcı intihar edib.
Musavat.com






