İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilərin dəniz blokadası BAŞLADI - "Bütün ölkələr keçə bilər, bircə onlardan başqa!"

384 24.07.2026 18:31 Dünya A A

Yəmənin "Ənsar Allah" hərakatından olan husilər cümə günü bəyan ediblər ki, Bab əl-Məndəb boğazı Səudiyyə Ərəbistanı istisna olmaqla, bütün ölkələrin gəmiçiliyi üçün açıqdır.

Musavat.com xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

"Bab əl-Məndəb boğazı bəzilərinin iddia etdiyi kimi qapalı deyil", - deyə telekanal husilər qruplaşmasının yüksək rütbəli nümayəndəsi Məhəmməd Əbdül Salamın sözlərini sitat gətirib.

Məhəmməd Əbdül Salamın sözlərinə görə, qoyulan məhdudiyyət tamamilə cavab xarakteri daşıyır:

"Yəmən silahlı qüvvələrinin də elan etdiyi kimi, mövqeyimiz yalnız Səudiyyə tərəfinə təsir edən dəniz blokadası ilə məhdudlaşır. Bu, Səudiyyə Ərəbistanının Yəməni mühasirədə saxlamasına və Yəmən xalqının təhlükəsizliyini və müstəqilliyini təmin edən ədalətli həll yolundan imtina etməsinə cavabdır".

Xatırladaq ki, bu həftənin əvvəlində husilər Yəmən limanlarının blokadasına və Səna beynəlxalq hava limanına edilən hücuma cavab olaraq Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdiklərini bildiriblər. Çərşənbə axşamı husilər vurğulayıb ki, elan olunmuş dəniz blokadası yalnız Krallıqla bağlı olan gəmilərə deyil, həm də Səudiyyə limanlarına üzən və ya oradan gələn bütün dəniz nəqliyyatına şamil edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR