İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkə arasında 557 milyard dollarlıq ANLAŞMA

819 20.11.2025 10:43 Dünya A A

Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid bin Əbdüləziz əl-Falih Ər-Riyad və Vaşinqton arasında imzalanan müqavilələrin 557 milyard dollara çatdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Əl-İxbariyyə kanalına danışan Falih Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Forumu çərçivəsində ABŞ ilə 242 investisiya müqaviləsi imzaladıqlarını bildirib.

"Səudiyyə Ərəbistanı və ABŞ arasında tərəfdaşlığı gücləndirmək üçün müxtəlif sektorlarda çoxsaylı müqavilələr imzaladıq. Ər-Riyad və Vaşinqton arasında imzalanan müqavilələrin ümumi dəyəri 557 milyard dollara çatdı" - o deyib.

Falih ABŞ-ın Səudiyyə Ərəbistanında ən böyük xarici investor olduğunu qeyd edib və 2025-ci ilin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün əhəmiyyətli bir mərhələ olduğunu bildirib.

Falih qeyd edib ki, 90 ildən çox tarixi olan Səudiyyə-ABŞ münasibətləri qlobal miqyasda əhəmiyyətli təsirə malikdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR