İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin ən yaxşı kosmik görüntüləri - FOTOLAR

746 25.12.2025 18:43 Maraqlı A A

ABŞ-da keçirilən illik seçimdə ilin ən təsirli kosmik şəkilləri açıqlanıb.

Musavat.com xəbər verir ki, siyahıya həm estetik, həm də elmi baxımdan böyük maraq doğuran unikal kadrlar daxil edilib.

Seçilən görüntülər arasında “kosmik kəpənək”, “səmavi sütunlar” və Yer üzərində müşahidə edilən nəhəng “kosmik meduza” xüsusi diqqət çəkir.

Mütəxəssislərin fikrincə, bu kadrlar kainatın həm gözəlliyini, həm də mürəkkəb fiziki proseslərini aydın şəkildə nümayiş etdirir.

İlin əsas elmi hadisələrindən biri isə tarixdə üçüncü dəfə qeydə alınan ulduzlararası obyektin - 3I/ATLAS-ın kəşfi olub. Alimlər bu obyektin Günəş sistemindən kənardan gəldiyini və kosmik tədqiqatlar üçün mühüm məlumatlar verdiyini bildirirlər.

Qeyd olunur ki, təqdim edilən görüntülər yalnız vizual baxımdan deyil, kainatın mənşəyi və dinamikası ilə bağlı araşdırmalar üçün də əhəmiyyətli mənbə hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR