Ermənistan siyasi elitası Milad ayinində iştirak etmək üçün İrəvandakı “Surb Qriqor Lusavoriç” kilsəsinə toplaşır.
Musavat.com xəbər verir ki, Ermənistan prezidenti Vaaqn Xaçatryan, parlamentin spikeri Alen Simonyan, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, eləcə də hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri kilsəyə gəliblər.
Qeyd olunur ki, son illərdə Ermənistan siyasi elitanın nümayəndələrindən heç biri Milad ayinlərində iştirak etməyib. Bu gün isə Paşinyanın göstərişi ilə, demək olar ki, hamı eyni vaxtda kilsədə toplaşıb.
Musavat.com






