"Forbes" jurnalının məlumatına görə, İlon Mask tarixdə sərvəti 800 milyard dolları keçən ilk şəxs olub.
Musavat.com xəbər verir ki, bu, onun kosmik şirkəti SpaceX-in xAI-ni satın almasından sonra baş verib.
Nəşr hesab edir ki, bu sövdələşmə Maska əlavə 84 milyard dollar xalis sərvət qazandıraraq onun ümumi sərvətini rekord həddə, 852 milyard dollara çatdırıb.
Məlumata görə, Mask milyarderlər reytinqində rəqiblərini xeyli üstələyir.
"Google"ın həmtəsisçisi Larri Peyc 281 milyard dollarlıq sərvəti ilə ikinci yerdədir ki, bu da 578 milyard dollarlıq fərqdir.
Son aylarda Maskın sərvəti bir neçə dəfə tarixi həddə çatıb. Oktyabr ayında o, DOGE və "Tesla" şirkətinin səhmlərinin qiymətinin kəskin şəkildə yüksəlməsindən sonra 500 milyard dollarlıq sərvətə sahib olan ilk şəxs olub. 15 dekabrda onun sərvəti 600 milyard dolları keçib, bir aydan bir az əvvəl, 20 dekabrda isə Mask ilk dəfə 700 milyard dolları keçib.
Musavat.com






