İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə Premyer Liqası: "Liverpul" "Qarabağ"la oyun öncəsi məğlub oldu

1300 25.01.2026 01:05 İdman A A

İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul" səfərdə "Bornmut"un qonağı olub.

Qarşılıqlı qollarla yadda qalan oyunda meydan sahibləri qalib gəliblər.

 

İki qol vuran "Liverpul" qapısından üç top buraxıb - 3:2.

Bu nəticədən sonra mersisaydlılar 36 xalla yarış cədvəlində 4-cü yeri tuturlar. "Bornmut" isə 30 xalla 13-cüdür.

Qeyd edək ki, "Liverpul" yanvarın 29-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu turu çərçivəsində öz meydanında "Qarabağ"la üz-üzə gələcək.\\oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR