İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnşallah ölmüsən, növbədə öz canımı verməkdir” deyib YOXA ÇIXDI (VİDEO) VİDEO

1235 16.10.2025 14:59 Hadisə A A

Bu gün Tovuzda 29 yaşlı Mətanət Hacızadənin qətlə yetirilməsindən sonra cinayətdə şübhəli bilinən əri Səbuhinin videosu yayılıb.

32 yaşlı Səbuhi Hacızadə videoda hadisəni törətdiyini və öz canına da qəsd edəcəyini deyib.

O, əlindəki bıçaqda olan qanı göstərərək cinayəti qısqanclıq zəminində törətdiyini, həbsdən qorxmadığını, lakin yaşamaq istəmədiyini də vurğulayıb.

Qeyd edək ki, hadisədən sonra Səbuhidən xəbər almaq və yerini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Videoda şiddət əlamətləri və arzuolunmaz təşviq olduğundan görüntüləri tam şəkildə təqdim etmirik.

Qafqazinfo.az


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR