İnsanlara hürriyət, millətlərə istiqlal!

Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb -VİDEO

957 09.06.2026 03:37 Hadisə A A

Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ictimai qaydanı pozan 5 nəfər sərxoş vəziyyətdə polis şöbəsinə gətirilib. Həmin şəxslər ağır dərəcədə sərxoş olduqlarından ilkin mərhələdə dindirilmələri mümkün olmayıb.

Araşdırmalar davam etdirilir.//Milli.Az

***

Bakının Babək prospektində yerləşən "Arzu" şadlıq sarayının qarşısında insident baş verib.

Restorandan çıxan şəxslər arasında hələlik məlum olmayan səbəbdən kütləvi dava düşüb. Hadisə şahidlərin gözü qarşısında cərəyan edib. İnsidentin təfərrüatları və xəsarət alanların olub-olmaması barədə rəsmi açıqlama yoxdur.

Görüntülər "Düz tv" instaqram səhifəsində paylaşılıb.

Sözügedən anları təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR