Smartfon bazarında son aylarda müşahidə olunan qiymət enişi xüsusilə "Apple" cihazlarında özünü daha sərt göstərib.
Musavat.com xəbər verir ki, "SellCell" mütəxəssislərinin apardığı geniş araşdırma göstərir ki, bütün son model iPhone-lar ikinci əl bazarında ciddi dəyər itirib.
Ən böyük ucuzlaşma – iPhone Air 1 TB modelində:
Cihazın mağaza qiyməti 1400 dollar olsa da, cəmi üç ay sonra orta təkrar satış qiyməti 731 dollara düşüb. Bu isə 47 faiz dəyər itkisi deməkdir.
TOP-5-də yer alan digər modellər belədir:
iPhone Air 512 GB – 45% ucuzlaşıb
iPhone 17 Pro Max (2 TB) – 41,2%
iPhone 17 (512 GB) – 40,8%
iPhone Air (256 GB) – 40,3%
Bununla yanaşı, daha populyar olan iPhone 17 Pro Max 256 GB modeli nisbətən az dəyər itirib — 26,1%.
Mütəxəssislər bildirir ki, ən sürətlə ucuzlaşan modellər bazarda daha az tələb olunan cihazlar olub. Bu tendensiya o deməkdir ki, iPhone Air seriyasının uzunmüddətli populyarlığı gözlənilmir.
Musavat.com






