İranın İnqilab Keşikçilərinin (SEPAH) quru qoşunları ölkənin cənub sahillərində hərbi təlimlər keçirir. İranın dövlət televiziyası məlumat yayıb. Məlumata görə, təlimlər ABŞ-ın İrana mümkün hava hücumları fonunda baş tutur.
İran Elm və Texnologiya Universitetində keçirilən mitinqdə bir qrup Bəsic üzvü tələbələrə hücum edib və onlardan bir neçəsini döyüb.
İran Xalq Mücahidləri Təşkilatının 250 üzvü Tehranda İran rəhbəri Əli Xameneinin iqamətgahına hücum edib. Bu iddia ilə Xalq Mücahidləri çıxış edib. Bildirilib ki, bir neçə saat davam edən qarşıdurma nəticəsində Xalq Mücahidləri Təşkilatının 100 üzvü həlak olub. Hücumun məqsədi barədə açıqlama verilməyib.
İran hökuməti və mediası bununla bağlı heç bir məlumat yaymayıb. Qeyd edək ki, Əli Xameneinin iqamətgahının ətrafında Prezident Adminstrasiyası da daxil olmaqla, dövlət qurumları yerləşdyi üçün ciddi qorunan bölgədir. Dünən isə həmin bölgədəki məktəblərdə tətil elan edildiyi barədə məlumatlar yayılmışdı. İran Təhsil Nazirliyi yaydığı bəyanatda məlumatı təkzib edib və bunu “informasiya dələduzluğu” adlandırıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Elçin Xalidbəyli ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv






