İnsanlara hürriyət, millətlərə istiqlal!

İran hakimiyyəti “Starlink”ə qarşı

847 13.01.2026 16:49 Dünya A A

İran hakimiyyəti ölkədə interneti tam bloklamağa cəhd göstərdikdən sonra indi də milyarder İlon Maslın peyk interneti “Starlink”i hədəfə alıb. Məqsəd etirazçılar arasında koordinasiyanı pozmaq və ölkədən kənara məlumat axınını kəsməkdir.

Musavat.com xəbər verir ki, sərt qadağalara baxmayaraq, “Starlink” bir sıra regionlarda qismən işləməyə davam edir.

Xüsusilə sərhəd bölgələrində xidmət daha stabil qalıb. “O qeyri-sabitdir, amma hələ də işləyir”, - deyə internet nəzarət təşkilatı NetBlocks-un rəhbəri Alp Tokər bildirib.

NetBlocks-un qiymətləndirməsinə görə, bazar ertəsi günü İranın sabit və mobil internet trafiki normanın cəmi 1 faizinə düşüb. Bundan sonra hakimiyyət “Starlink” terminallarına qarşı da əməliyyatlara başlayıb. The Wall Street Journal yazır ki, təhlükəsizlik qüvvələri Tehranın qərb rayonlarında “Starlink” avadanlıqlarını axtarıb müsadirə etməyə başlayıb.

“Starlink”in İranda fəaliyyəti rəsmi lisenziyaya malik olmasa da, İlomn  xidmətin ölkədə işləndiyini dəfələrlə təsdiqləyib. 2022-ci ildə o, terminal sayının 100-ə yaxınlaşdığını bildirmişdi. 2025-ci ildə İran parlamenti “Starlink”i qanunla qadağan etdi və avadanlıq sahibi olanlara cəza tətbiq olunmasını təsdiqlədi.

Buna baxmayaraq mühacir mətbuata görə ölkədə on minlərlə “Starlink” terminalı işlədiyi ehtimal olunur. Lakin ötən həftə “peyk bloklaması” da müşahidə olunub: ilkin mərhələdə “Starlink” trafikinə təxminən 30 faiz, sonradan isə 80 faizədək zərbə dəyib.

İran hakimiyyəti üçün peyk internetinə qarşı mübarizə təkcə texniki deyil, həm də siyasi xarakter daşıyır. Çünki ölkədəki etirazların əsas görüntü və məlumat axını məhz “Starlink” vasitəsilə xaricə ötürülür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR