İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İtaliya hərbçilərinin olduğu bazanı VURDU - Meloni təcili iclas keçirdi

1704 28.02.2026 17:48 Son xəbər A A
 

İranın regiondakı hərbi obyektlərə raket zərbələri endirməsi fonunda İtaliya hökuməti təcili iclas çağırıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın baş naziri Corcia Meloni Küveytdə yerləşən və 300 italiyalı hərbçinin xidmət etdiyi hərbi bazaya hücumun təsdiqlənməsindən sonra Nazirlər Kabinetinin fövqəladə iclasını keçirib.

İtaliya hökuməti hücum nəticəsində xəsarət alanların olmadığını açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan "Fars" xəbər agentliyi isə İslam Respublikasının regionun ərəb ölkələrində yerləşən 4 ABŞ hərbi bazasına ballistik raket zərbələri endirdiyini təsdiqləyib.

Raket hücumlarının hədəfləri Qətərdəki Əl-Ədid hava bazası, Küveytdəki Əli Salam hava bazası, BƏƏ-dəki Əl-Zəfər hava bazası və Bəhreyndə ABŞ-nin Beşinci Donanma bazası olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR