İnsanlara hürriyət, millətlərə istiqlal!

İran raket gücünü ildırım sürətilə bərpa edir – Tehranın gizli hazırlığı

804 07.02.2026 11:31 Dünya A A

"The New York Times" qəzetinin peyk görüntülərinə əsaslanan araşdırması İranın ötən ilin iyununda baş vermiş 12 günlük müharibə zamanı vurulan ballistik raket obyektlərini qısa müddətdə yenidən qurduğunu üzə çıxarıb.

Musavat.com-un xəbərinə görə, araşdırmada bildirilir ki, son aylarda İran ərazisində çoxsaylı raket qurğularında və hərbi infrastrukturlarda intensiv bərpa-təmir işləri aparılıb.

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, hücumlardan dərhal sonra bir neçə ballistik raket istehsalı və sınaq mərkəzində aktiv tikinti prosesi başlayıb.

NYT vurğulayır ki, zədələnmiş obyektlərin bərpasında müşahidə olunan qeyri-adi sürət Tehranın hərbi prioritetlərini açıq şəkildə ortaya qoyur. Raket infrastrukturu mülki və digər hərbi sahələrlə müqayisədə daha sürətlə bərpa edilir, bu isə İranın mümkün yeni qarşıdurmaya hazırlaşdığını göstərən əsas siqnallardan biri kimi dəyərləndirilir.

Məqalədə qeyd olunur ki, bu proses ABŞ-nin regionda hərbi mövcudluğunu artırdığı, eləcə də yeni hərbi əməliyyat ehtimalının açıq müzakirə olunduğu bir vaxta təsadüf edir.

Analitiklərə görə, Tehran bu yolla həm çəkindirmə mesajı verir, həm də mümkün zərbələrə qarşı raket potensialını sürətlə bərpa etməyə çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR