İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN: ABŞ-ın Venesuelaya hücumu BMT Nizamnaməsinin prinsiplərinin pozulmasıdır

422 03.01.2026 13:14 Dünya A A

İranın Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hücumu kəskin şəkildə pisləyib.

Musavat.com xəbər verir ki, nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, bu addım beynəlxalq hüququn əsas normalarına ziddir.

Bəyanatda vurğulanır ki, ABŞ-ın Venesuelaya hücumu Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsində təsbit olunmuş fundamental prinsiplərin açıq şəkildə pozulmasıdır. İran tərəfi dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin beynəlxalq münasibətlərin əsasını təşkil etdiyini bildirib.

İran Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti vəziyyətə laqeyd qalmamağa və gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün məsuliyyətli mövqe tutmağa çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR