İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazların 9-cu günü: ölənlərin və saxlanılanların sayı rekord həddə

663 06.01.2026 12:26 Region A A

İranda davam edən ümumxalq etirazları zamanı azı 29 etirazçı öldürülüb, 1 200-dən çox insan isə saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkədə insan haqlarının vəziyyətini izləyən HRANA təşkilatı məlumat yayıb.

Məlumata görə, son doqquz gün ərzində 27 vilayətin 88 şəhərində, ümumilikdə 257 nöqtədə küçə aksiyaları və tətil aksiyaları qeydə alınıb. Etirazlar geniş coğrafiyanı əhatə etməklə yanaşı, müxtəlif sosial qrupların iştirakı ilə müşayiət olunub.

HRANA bildirir ki, internetin kəsilməsi, təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi məhdudiyyətlər, eləcə də müstəqil informasiya mənbələrinə çıxışın çətinləşdirilməsi ölən və saxlanılanların real sayının tam dəqiqləşdirilməsinə ciddi maneə yaradır.

Təşkilatın vurğuladığına görə, mövcud rəqəmlər yalnız təsdiqlənə bilən məlumatlara əsaslanır və faktiki göstəricilər daha yüksək ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR